<?xml version="1.0" encoding="UTF-8"?><song><aka>Ay Allahım</aka>
<lyrics>[V1]
 Ay Allahım, mənə qüvvə ver həyatda,
 Addımlayım Sənin Müqəddəs yolunda.
 Çətin anımda Tanrım kömək et mənə,
 Dönüm pis əməlimdən, durum Önündə

[C1]
   Günahlı dünya qoy duaya çevrilsin,
   Sənin məhəbbətini hamı hiss etsin,
   Düşmənçiliyi unudub sülhə getsin,
   Məsihin azadlığını əldə etsin.

[V2]
 Allahım mənə ver saysız məhəbbət,
 Oyansın qəlbimdə sevinc və ədalət.
 Verilən ədalət kədəri yox etsin,
 Günahlə həyatdan üz döndərib getsin.

[V3]
 Sevinc, ədalətdir sənin Nurlu yolun,
 İstəyirəm addımlayım səninlə mən.
 Ay Allahım, qüvvə ver mənə hər zaman,
 Göstərdiyin diyara nail olum mən.</lyrics>
<title>Günahlı dünya qoy duaya çevrilsin</title>
</song>